Salah "offline" oldu - gözlənilməz qərar


İdman 24 Yan 2019 09:42:00 233 0

Salah "offline" oldu - gözlənilməz qərar

Liverpool-un ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

Goal.az xəbər verir ki, misirli yarımmüdafiəçi yanvarın 22-sində bu paylaşımı edib, daha sonra İnstagram və Twitter hesablarını silib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. 

Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib.