Real-ın De Bruyne arzusu baş tutmadı


İdman 22 Yan 2019 12:32:00 238 0

Real-ın De Bruyne arzusu baş tutmadı

Manchester City-nin yarımmüdafiəçisi Kevin De Bruyne Madrid Real-ının maraq dairəsinə düşüb.

Goal.az-ın məlumatına görə, "kral klubu" mövsümün sonunda onu heyətinə qatmaq niyyətindədir.

Bu məqsədlə ispanlar qarşı tərəflə təmasa keçsə də ilk cəhd uğursuz olub. Ulduz futbolçu təklifi düşünmədən rədd edib. Manchester City-dəki durumundan razı olan 28 yaşlı orta sahə oyunçusu komandasını dəyişmək fikrində deyil.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən Manchester City-nin formasını geyinir.