Sarri qovulacaq?


İdman 21 Yan 2019 16:16:00 625 0

Sarri qovulacaq?

Manchester United-in sabiq futbolçusu Qari Nevil hesab edir ki, Chelsea baş məşqçisi Mauriçio Sarrini istefaya göndərəcək.

Goal.az xəbər verir ki, Nevil buna əmin olduğunu bildirib.

“Sarri özü də başa düşür ki, yaxın 18 ay ərzində istefaya göndəriləcək. Bu, qaçılmazdır. Hələlik vəziyyətə nəzarət onun əlindədir. Buna görə sözünü deyə bilir. İstənilən klubda hər şey soyunub-geyinmə otağında həll olunur. Uzun illərdir ki, belə davam edir. Sarri elə bilir ki, təcrübəsi onun köməyinə çatacaq. Səhv edir. Əminəm ki, uzağı iki ildən sonra istefaya göndəriləcək”, - Nevil deyib.