Arsenal keçmiş futbolçusuna vəzifə verir


İdman 21 Yan 2019 16:33:00 600 0

Arsenal keçmiş futbolçusuna vəzifə verir

Ajax-ın texniki direktoru Mark Overmars iş yerini dəyişə bilər.

Goal.az xəbər verir ki, mütəxəssis analoji işi İngiltərədə görməyə yaxındır. Arsenal klubda bu vəzifəni hollandiyalıya həvalə etməyi düşünür. Keçmiş futbolçu 1997/2000-ci illərdə London klubunda forma geyinib. İngiltərə çempionu, həmçinin ölkə kubokunun və Superkubokunun qalibi olub. Zədə səbəbindən 2004-də karyerasını bitirdiyini elan edib. 4 il sonra yenidən futbola qayıdıb. Bir il Hollandiyanın ikinci divizion klubu Go Ahead Eagles-də çıxış edib. 2012-dən Ajaks-da texniki direktor kimi çalışır.