PSG Everton-dan müdafiəçi alır


İdman 21 Yan 2019 14:18:00 617 0

PSG Everton-dan müdafiəçi alır

PSG müdafiə xəttini gücləndirmək niyyətindədir.

Goal.az xəbər verir ki, Paris klubu Everton-un yarımmüdafiəçisi İdrissu Quyeni heyətə gətirməyi planlaşdırır. PSG 29 yaşlı seneqallıya 25 milyon avro ödəməyə hazırdı. Lakin İngilis klubu daha çox pul tələb edir. Futbolçu ilə bağlı danışıqlar müvəqqəti dayandırılıb. Buna səbəb PSG prezidenti Nasser Əl-Xələfinin anasının ölümü olub.

Parislilərin baş məşqçisi Tomas Tuxel Napoli-dən Allanı da gözaltı edib. İtaliya klubu futbolçunu100 milyon avroya satır.