Balotellinin yeni klubu müəyyənləşdi


İdman 21 Yan 2019 11:34:00 572 0

Balotellinin yeni klubu müəyyənləşdi

Fransanın Nice klubunun futbolçusu Mario Balotelli karyerasını bu ölkənin başqa təmsilçində davam etdirəcək.

Goal.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Marseille ilə razılıq əldə edib. İtaliyalı forvardın bu gün Nice-dan ayrılaraq, yeni klubu ilə müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Mario Balotelli 2016-cı ilin yayından Nice-da çıxış edir. Qana əsilli futbolçu bu müddətdə Fransa çempionatında keçirdiyi 61 oyunda 33 qol vurub. O, avrokuboklarda 13 görüşdə 8 dəfə fərqlənib. Forvard daha əvvəl İtaliyanın İnter və Milan, İngiltərənin isə Manchester City ilə Liverpool komandalarının formasını geyinib.