Qvardiola nikbindir


İdman 21 Yan 2019 11:00:00 676 0

Qvardiola nikbindir

Manchester City-nin baş məşqçisi Xose Qvardiola çempionluq mübarizəsində Liverpool-la rəqabətdən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı bütün matçlarda qalib gəlməyin vacib olduğunu deyib. “Manchester City Liverpool-un yerində olsaydı, əla olardı. Bunu etmək üçün bütün oyunlarda qalib gəlməliyik. Başqa yol yoxdur. Dəfələrlə demişəm ki, mətbuat konfranslarında Liverpool-dan danışa bilmərəm. Jurnalistlər hər dəfə mənə bu sualla müraciət edir. Məni öz oyunlarımız maraqlandırır. Manchester City bu mövsüm 100 qol vurub. Az deyil. Amma bəs etmir. Daha çox vurmaq lazımdır. Qarşıdakı matçlarda vurulan qollar sayəsində istəyimizə çata bilərik. Əminəm ki, xal fərqini aradan qaldırmaq mümkün olacaq”,- Qvardiola bildirib.

Manchester City İngiltərə Premyer Liqasında 56 xalla ikinci pillədə qərarlaşıb. Lider Liverpool-dan 4 xal geri qalır.