Galatasaray sabiq futbolçusunu transfer etdi


İdman 19 Yan 2019 10:21:00 617 0

Galatasaray sabiq futbolçusunu transfer etdi

Galatasaray sabiq futbolçusu Semih Kayanı heyətinə qatıb.

Goal.az xəbər verir ki, müqavilə ilə Çexiyanın Sparta (Praqa) komandasına məxsus olan 28 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Galatasaray 2017-ci ildə Semih Kayanı 2 milyon avro qarşılığında Sparta-ya satıb.