Mourinyo harda işləyəcək?


İdman 18 Yan 2019 18:44:00 521 0

Mourinyo harda işləyəcək?

Manchester United-dən istefaya göndəriləndən sonra hələ də işsiz qalan Joze Mourinyo mətbuata açıqlama verib.

Goal.az xəbər verir ki, Mourinyo gələcək karyerasını harada davam etdirəcəyinə də işarə vurub. O, top-klubda çalışacağını bildirib:

"Hələ məşq etdirmək istəyirəm. Hələ çox gəncəm. Düzdür, futbolda uzun müddətdir ki, çalışıram, amma bir-iki həftədən sonra vur-tut, 56 yaşım tamam olacaq. Mən həqiqətən də çox gəncəm. Mən istəyirəm ki, həmişə olduğum yerdə olum – top-futbolda. Mən top-futbola məxsusam və orda da olacağam”.