Adil Şükürovun yeni iş yeri müəyyənləşdi


İdman 17 Yan 2019 12:28:00 593 0

Adil Şükürovun yeni iş yeri müəyyənləşdi

Şüvəlan-ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Goal.az xəbər verir ki, qəsəbə təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq. Mütəxəssislə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Şükürov bundan əvvəl Zirə Futbol Akademiyasının rəhbəri olub. O, həmçinin “qartallar”ın baş məşqçisi vəzifəsində çalışıb və bu komandaya 2015/16 mövsümündə Topaz Premyer Liqasının gümüş medallarını qazandırıb.

Bundan başqa, sözügedən mütəxəssis 17 yaşlılardan Azərbaycan millisinin və “Bakı”nın müxtəlif yaş qrupları üzrə komandalarını çalışdırıb.