Qurbanov: "Optimal formadan uzağıq"


İdman 17 Yan 2019 10:34:00 615 0

Qurbanov: "Optimal formadan uzağıq"

Qarabağ ilk yoxlama oyununda Macarıstanın Uypeşt klubuna 0:1 hesabıyla məğlub olub.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:

“İlk oyunumuz idi. Optimal formadan uzağıq. Düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi. Amma komandada çox şeydən razı qaldım. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Amma texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik".