Qvardiola: “Cəmi bir komanda yolumuzu kəsir”


İdman 16 Yan 2019 19:36:00 634 0

Qvardiola: “Cəmi bir komanda yolumuzu kəsir”

Manchester City-nin baş məşqçisi Pep Qvardiola çempionluq uğrunda Liverpool-la rəqabətdən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı vəziyyətin komandası üçün mürəkkəb olduğunu deyib. “Bütün oyunlarda qalib gəlməyə məcburuq. Komanda ilə bunu dəfələrlə müzakirə etmişik. Liverpool-un necə oynayacağı bizim üçün maraqlı olmamalıdır. Yalnız öz oyunumuz barədə fikirləşməliyik. Bizim cəmi bir oyunda uduzmağımız onların çempionluğu deməkdir. Buna görə qalan bütün matçlarda qələbə qazanmalıyıq. Bu yolla Liverpool-a təzyiq etmək mümkündür. Ötən illə müqayisədə nəticələrimiz əladır. Başqa vaxt bu statistika ilə rahat şəkildə çempion ola bilərdik. Cəmi bir komanda yolumuzu kəsir - statistikası daha yaxşı olan Liverpool. Mövsümün sonunda kimin daha güclü olduğunu biləcəyik”,- Qvardiola deyib.