Qvardiola: "3 xal bizi Liverpool-a bir az da yaxınlaşdırdı"


İdman 15 Yan 2019 12:52:00 695 0

Qvardiola: "3 xal bizi Liverpool-a bir az da yaxınlaşdırdı"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 22-ci turunda evdə Wolwerhampton üzərində qələbəni (3:0) təhlil edib.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasının əzmkar oyun göstərdiyini deyib. “Futbolçularım mənəvi və fiziki cəhətdən yorulub. Çox oyun keçirdiyimiz üçün yoruluruq. Amma bu matçda əla oynadıq. Rəqibə şans vermədik. Əldə olunan 3 xal bizi Liverpool-a bir az da yaxınlaşdırdı. Komandaların əksəriyyəti bizimlə qarşılaşmada müdafiə xarakterli oyuna üstünlük verir. Bu baxımdan biz asan qələbə qazanmırıq. Ümiid edirəm ki, növbəti matçlarda əldə edəcəyimiz xallar turnir cədvəlində bizi irəli aparacaq”, - mütəxəssis deyib.

Bu qələbədən sonra 53 xalı olan Manchester City ikinci pillədəki yerini qoruyub. Lider Liverpool-dan 4 xal fərqi var.