De Xea maaşının artırılmasını tələb edir


İdman 15 Yan 2019 12:35:00 612 0

De Xea maaşının artırılmasını tələb edir

Goal.az xəbər verir ki, ispaniyalı illik maaşının 17.5 milyon avroya yüksəldilməsini istəyir. Hazırda ilinə 11.7 milyon avro alan 28 yaşlı qapıçının klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Manchester United-in qapıçısı David De Xea klub rəhbərliyindən maaşının artırılmasını tələb edib.

Xatırladaq ki, De Xea İngiltərə Premyer Liqasının 22-ci turunda Tottenham-lə (1:0) oyunda 11 seyvlə yadda qalıb. Bu göstərici cari mövsümün rekordudur.