Fransız müdafiəçi 6 ay sonra klubsuz qaldı


İdman 14 Yan 2019 18:28:00 420 0

Fransız müdafiəçi 6 ay sonra klubsuz qaldı

Fransa millisinin keçmiş yarımmüdafiəçisi Yoan Kabay Al-Nasr klubundan ayrılıb.

Goal.az xəbər verir ki, futbolçu Birləşmiş Ərəb Əmirliyi klubunda cəmi 6 ay forma geyinib. İki illik sövdələşməyə rəğmən Kabay müqaviləni pozmaq qərarına gəlib. Hazırda azad agent statusunda olan futbolçu istənilən klubla danışıqlar apara bilər. Lille-in yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində Newcastle, PSG Crystal Palace-da oynayıb.