Poqba: “İndi rahat nəfəs alıram”


İdman 14 Yan 2019 15:31:00 464 0

Poqba: “İndi rahat nəfəs alıram”

Manchester United-in yarımmüdafiəçisi Pol Poqba klubun yeni baş məşqçisi Ole-Qunnar Sulşerlin işindən danışıb.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi indi rahat nəfəs aldığını deyib.

“Sulşerin gəlişindən sonra hər şey dəyişib. İndi futboldan zövq alıram. Özümü sərbəst hiss edirəm. Mourinyonun vaxtında mümkün deyildi. Onun taktiki sxemi hamımızı sıxırdı. Müdafiə oyunu mənlik deyil. Meydana çıxmışamsa hücum etmək, rəqibə təzyiq göstərmək istəyirəm. Belə oyunu sevirəm. İndiki mövqeyim xarakterimə uyğundur. Bilirəm ki, məndən arxada Matiç və Errera dayanıb. Buna görə sərbəst şəkildə hücuma qoşuluram. Bu iki futbolçuya tam arxayınam. Əvvəllər yalnız müdafiədə oynamalıydım. Mourinyonun göstərişi belə idi”,- yarımmüdafiəçi bildirib.