Chelsea 30 milyon avro təklif edir


İdman 11 Yan 2019 12:36:00 423 0

Chelsea 30 milyon avro təklif edir

Chelsea Zenit-in yarımmüdafiəçisi Leandro Paredası qışda heyətə gətirməyi planlaşdırır.

Goal.az La Gazetta dello Sport nəşrinə istinadən xəbər verir ki, tərəflər keçidin şərtlərini müzakirə edib. London klubu transferə 30 milyon avro ödəməyə hazır olduğunu aççıqlayıb. Futbolçu ilə 5 illik sövdələşmə imzalanacaq. Paredas yeni klubunda ilinə 4,5 milyon avro alacaq. Əvvəllər Paredasın vətəni Argentinanın Boca Xuniors klubunda oynamaq istədiyi deyilirdi. Sonradan isə adı PSG ilə hallandırıldı. Argentinalı Rusiya klubuna 2017-də Roma-dan transfer olunub. Cari mövsüm 13 oyunda meydana çıxıb. Aktivinə 2 qol və eyni sayda məhsuldar ötürmə yazdırıb.