Kavani Çinə getmək istəmir


İdman 10 Yan 2019 15:10:00 549 0

Kavani Çinə getmək istəmir

Çinin Dalian Yifang klubu PSG-nin hücumçusu Edinson Kavaniyə təlif göndərib.

Goal.az Le 10 Sport nəşrinə istinadən xəbər verir ki, uruqvaylı təklifdən imtina edib. Kavani Çinə getmək istəmədiyini bildirib. Uruqvaylı Atletico, Chelsea və Napoli-nin maraq dairəsindədir. Dieqo Kosta Atletico-dn gedərsə, klub onu Kavani ilə əvəzləyə bilər.

Qeyd edək ki, Dalian Yifang-ı yaxın vaxtlarda təcrübəli portuqaliyalı mütəxəssis Leonardu Jardim çalışdıracaq.