“VAR-ın köməyi ilə qalib gəlmək ürəyimcə olmadı” - Poçettino


İdman 09 Yan 2019 12:53:00 476 0

“VAR-ın köməyi ilə qalib gəlmək ürəyimcə olmadı” - Poçettino

Tottenham-ın baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun ½ finalında Chelsea üzərində qələbədən (1:0) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı yaxşı oynadıqlarını deyib.

“Rəqib ustalıq nümayiş etdirdi. Biz müdafiədən oynamağa məcbur olduq. Qoldan sonra oyunumuz daha yaxşı alındı. İkinci topu vura bilərdik. Nəticədən razıyam. Amma bu cütün taleyi hələ həll olunmayıb. Etiraf edim ki, videotəkrardan (VAR) xoşum gəlmir. Düzdür, bu oyunda VAR bizim xeyrimizə işlədi. Lakin bu sistemin köməyi ilə qalib gəlmək ürəyimcə olmadı. Ümumiyyətlə, videotəkrar əksər məşqçiləri qane etmir. Dünya çempionatında bunun şahidi oldum. Texnologiyanın əleyhinə deyiləm. Sadəcə, hesab edirəm ki, hər şey daha aydın, daha başa düşülən olmalıdır. Videotəkrar oyunu xeyli yubadır. Nəsə başqa bir şey fikirləşmək lazımdır”,- məşqçi deyib.