Mourinyo Real-a 2 şərtlə qayıda bilər


İdman 08 Yan 2019 18:28:00 254 0

Mourinyo Real-a 2 şərtlə qayıda bilər

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo Real-a qayıtmağa hazırdır.

Goal.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Madrid klubunun prezidenti Flrentino Pereslə danışıb. O, iki şərtlə Real-a qayıda biləcəyini söyləyib. 55 yaşlı çalışdırıcı istəyir ki, qışda əvvəlcə mərkəz yarımmüdafiəçi alınsın və sonra isə komanda yeni hücumçu ilə gücləndirilsin.

Qeyd edək ki, J.Mourinyo 2010-2013-cü illərdə Real-ı çalışdırıb. O, komandası ilə birgə La Liqanın, İspaniya kuboku və İspaniya superkubokunun qalibi olub.