Boatenq: “Bu, rasizmdir, gizlətməyin yeri yoxdur”


İdman 07 Yan 2019 16:54:00 231 0

Boatenq: “Bu, rasizmdir, gizlətməyin yeri yoxdur”

Sassuola-nın yarımmüdafiəçisi Kevin-Prins Boatenq futbolda rasizmdən danışıb.

Goal.az xəbər verir ki, futbolçu Napoli-nin müdafiəçisi Kalidu Kulibalinin dərisinin rənginə görə azarkeşlərin təhqirinə məruz qalmasına münasibət bildirib. “Kulibalini başa düşürəm. Çünki mən də oyunda belə halla üzləşmişəm. Bu, rasizmdir. Hamı bilir. Gizlətməyin yeri yoxdur. Bunu edənlər qara dərililəri meymuna bənzədir. İnsanlar rənginə görə təhqir olunmalıdır? Adi həyatda mən belə problemlə üzləşmirəm. Bəlkə uca boyum, sağlam bədənimə görə çəkinirlər. Təkcə “rasizmə yox deyək” şüarı ilə bu problemi həll etmək mümkün deyil. Məncə, kütləvi kampaniyalar təşkil etmək, məktəblərdə bu mövzuda dərslər keçirmək lazımdır.

Xatırladaq ki, İtaliya çempionatının 18-ci turunda İnter-Napoli qarşılaşmasında milanlı azarkeşlər Kulibalini rənginə görə təhqir edib. İtaliya Futbol Federasiyası İnter-i iki ev matçını azarkeşlərsiz keçirməklə cəzalandırıb.