Real hakimdən şikayət edir


İdman 07 Yan 2019 11:50:00 498 0

Real hakimdən şikayət edir

Real İspaniya çempionatının növbəti turunda evdə Real Sociedad-a məğlub olub-0:2.

Goal.az xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi məğlubiyyəti hakim ədalətsizliyi ilə əlaqələndirib. Rəhbərlik matçın hakimi Xose Munueradan narazı qalıb. Real-ın hücumçusu Vinisius Juniora qarşı rəqibin cərimə meydançasında edilən kobudluq zamanı penalti təyin edilməyib. Madridlilər hesab edir ki, hakim həmin an videotəkrara baxmalı idi. Real Krallıq Futbol Federasiyasına şikayət məktubu ünvanlamaq niyyətindədir.