"Azərbaycandan təklif almışam" - Panamalı hücumçu


İdman 29 Dek 2018 14:51:00 291 0

"Azərbaycandan təklif almışam" - Panamalı hücumçu

Panama yığmasının hücumçusu Armando Polo Azərbaycandan təklif alıb.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, bunu 28 yaşlı forvard özü bildirib.

Bu ilin martında anlaşdığı Taura-dan ayrılan futbolçu müsahibəsində ölkəmizdə oynamaqdan imtina etdiyini açıqlayıb. O, keçmiş komandası Sonsonate ilə artıq müqavilə imzalayıb.

Polo Salvador klubuna dönmə səbəbini belə izah edib: "Hədəf mənim qanımda var. Kolumbiya və ölkəmdə öyrəndiklərim mənə bu baxımdan çox kömək oldu. Bu üzdən formasını geyindiyim əksər klubların ciddi hədəfləri olub. Sonsonate ilə müqavilə bağlamadan əvvəl Misir, Honduras və Azərbaycandan təklif almışdım. Sonsonate-ni üstün tutdum və bunun hazırda ən doğru seçim olduğunu düşünürəm".

Qeyd edək ki, 2008-ci ildən peşəkar futbolla məşğul olan Armando Polo hər il klub dəyişməklə diqqət çəkir. O, Panama yığmasının heyətində 4 oyun keçirib. (matc.az)