Keşlə daha 2 ayrılığı açıqladı


İdman 28 Dek 2018 19:21:00 579 0

Keşlə daha 2 ayrılığı açıqladı

Keşlə daha iki futbolçusu ilə yollarını rəsmən ayırıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə yerli oyunçular yola salınıb.

Qış fasiləsində ilk olaraq 4 əcnəbi ilə vidalaşan bakılılar iki yarımmüdafiəçi Elnur Cəfərov və Məmməd Quliyevlə müqaviləyə xitam verildiyini rəsmən bəyan edib. Onların sözləşməsi qarşılıqlı razılıqla pozulub.

Qeyd edək ki, Keşlə bundan əvvəl Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis və Herve Tçamini ölkələrinə yola salmışdı.