Adil Nağıyevin yeni klubu müəyyənləşdi


İdman 28 Dek 2018 12:54:00 276 0

Adil Nağıyevin yeni klubu müəyyənləşdi

Sumqayıt dövrələrarası fasilə zamanı Rəşad Əzizlidən sonra növbəti transferini reallaşdırıb.

Goal.az xəbər verir ki, sözügedən klub son olaraq, Zirə-də çıxış etmiş Adil Nağıyevi heyətinə qatıb.

1995-ci il təvəllüdlü müdafiəçi Sumqayıt-la 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.