İnter azarkeşsiz oynayacaq


İdman 28 Dek 2018 10:00:00 353 0

İnter azarkeşsiz oynayacaq

İtaliya Futbol Federasiyası İnter-i cəzalandırıb.

Goal.az xəbər verir ki, komanda növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.

Buna klub azarkeşlərinin A Seriyasının XVIII turunda evdə Napoli ilə matçdakı davranışları səbəb olub. Oyun zamanı meydan sahiblərinin fanatları rəqibin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi ifadələr işlədiblər.

Qeyd edək ki, görüş İnter-in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan əvvəl baş verən iğtişaşlarda 4 azarkeş bıçaqlanıb, biri isə dünyasını dəyişib.