Qvardiola : “Liverpool və Tottenham bizdən yaxşıdır"


İdman 27 Dek 2018 14:06:00 646 0

Qvardiola : “Liverpool və Tottenham bizdən yaxşıdır"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola klubun indiki vəziyyətinin narahatlıq yaratdığını deyib.

Goal.az xəbər verir ki, mütəxəssis 19-cu turda evdə Leicester-ə məglubiyyəti (1:2) də analiz edib. “Oyuna yaxşı başladıq. Amma rəqib elə ilk hücumda qol vurdu. Belə vəziyyətlərdə psixoloji cəhətdən özümüzə əmin ola bilmirik. Bunu qəbul etməliyik. Çalışmalıyıq. Qalib gəlməliyik ki, özümüzə inamı bərpa edək. Məğlubiyyət narahatlıq yaradır. Qol imkanlarından istifadə etmək lazımdır. Mövsümün başa çatmasına çox var. Özümüzə gəlməliyik. LiverpoolTottenham turnir cədvəlində yerini bərkidir. Onlaq qalib gəlir. Biz yox. Xal fərqi getdikcə artır. Keçən il fərq bizim xeyrimizə idi. İndi isə rəqiblərin. Vəziyyətimiz o qədər də pis deyil. Amma indiki halda Liverpool və Tottenham bizdən yaxşıdır. Futbolda əvvəlcədən heç nə demək olmur. Bu növdə asan qələbə qazanmaq mümkün deyil”,- Qvardiola bildirib.