Liverpool 31 il əvvəlki uğurunu təkrarlaya biləcəkmi?


İdman 27 Dek 2018 11:33:00 603 0

Liverpool 31 il əvvəlki uğurunu təkrarlaya biləcəkmi?

İngiltərə Premyer Liqasının ilk dövrəsini məğlubiyyətsiz başa vuran Liverpool tarixində 3-cü dəfə startdakı 19 oyunda uduzmayıb.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqada ilk dəfə belə uğura imza atan mersisaydlılar çempionatda sonuncu dəfə 31 il əvvəl belə nailiyyətə sevinmişdi.

1987/88 mövsümünün ilk 19 turunda uduzmayan "qırmızılar" sonda da çempion olmuşdu. Komandanın ilk belə startı isə 1949/50 mövsümündə gerçəkləşib. 69 il əvvəlki yekun yaxşı alınmayıb. İlk 19 turda uduzmayan Liverpool çempionatı 8-ci yerdə tamamlayıb.