O baş məşqçi gəlsə, Ramos Real-dan ayrılacaq


İdman 27 Dek 2018 10:31:00 726 0

O baş məşqçi gəlsə, Ramos Real-dan ayrılacaq

Baş məşqçi postuna Santyaqo Solarini gətirən Real yeni məşqçi axtarışlarını davam etdirir.

Goal.az-ın məlumatına görə, "kral klubu" Manchester United-dən qovulan Joze Mourinyonun xidmətində maraqlıdır.

Mövsümün sonuna qədər dincəlmək qərarına gələn portuqaliyalı gələn yay məhz İspaniya nəhənginə dönə bilər. Bu ehtimal isə komandanın kapitanı Serxio Ramosu narahat etməyə bilməz. Mou hələ Real-da olarkən Ramosla yola gedə bilmir, cütlük arasında tez-tez mübahisələr düşürdü. İspaniya mətbuatı klub Mourinyonu geri qaytarsa, Ramosun rəhbərlikdən ayrılması üçün icazə istəyəcəyini yazır.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə Real-ı çalışdırıb.