Çin klubundan Zaxa üçün unikal təklif


İdman 26 Dek 2018 16:33:00 582 0

Çin klubundan Zaxa üçün unikal təklif

Crystal Paace-ın hücumçusu Uilfrid Zaxa karyerasını Çində davam etdirə bilər.

Goal.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, Dalian Yifang klubu onunla maraqlanır. Hücumçuya 4 illik müqavilə təklif olunur. Bu müddət ərzində Zaxa 44 milyon funt (təqribən 49 milyon avro) qazanacaq. Çinlilər futbolçunun bütün uçuşlarının xərcini də üstünə götürməyə hazırdır. Hücumçu 2023-cü ilədək müqavilə bağladığı Crystal Palace-da həftəsinə 130 min funt alır - çinlilərin təklif etdiyi məbləğdən üç dəfə az.

Dalyan İfan qışda rəsmi təklif göndərəcək. 26 yaşlı Zaxa indiki komandasınıda 2010-da debüt edib.