Roma üçün növbəti namizəd


İdman 26 Dek 2018 15:51:00 491 0

Roma üçün növbəti namizəd

İtaliya çempionatında uğursuz çıxış edən Roma baş məşqçi Eusebio Di Françeskonu istefaya göndərə bilər.

Goal.az xəbər verir ki, bu posta daha bir namizəd tapılıb. Albaniya millisinin çalışdırıcısı Kristian Panuççi romalıların diqqətini çəkib. Onun namizədliyini komandanın kapitanı Daniel de Rossi və keçmiş hücumçu Françesko Totti dəstəkləyir. Roma-nın siyahısında Xulen Lopeteqi (eks-Real ), Leonardo Jardim (eks-Monaco ), həmçinin Loran Blan (eks-PSG) yer alır. Roma klubu hazırda İtaliya çempionatında turnir cədvəlinin 10-cu pilləsindədir.