Bu qədər futbolçu nəyə lazımdır?


İdman 25 Dek 2018 16:00:00 555 0

Bu qədər futbolçu nəyə lazımdır?

Chelsea-nın baş məşçisi Mauriçio Sarri klubda futbolçu sayının çox olduğunu deyib.

Goal.az xəbər verir ki, çalışdırıcı bu sayın azaldılmasının vacibliyini bildirib. “Hesab edirəm ki, klubda lazım olduğundan çox oyunçu var. Heyətdə indi 28 futbolçu yer alır. Hamısının gücündən yararlanmaq mümkün deyil. Bu qədər futbolçu nəyə lazımdır? 25 nəfər bəsdir. Yarımmüdafiəçilərimizin əksəriyyəti hücumameyillidir. Sırf yarımmüdafiə xəttində isə təkcə Konte çıxış edir. Məncə, bu mövqedə balans yaratmaq, həm də ümumi sayı azaltmaq lazımdır”, - Sarri deyib.