Özil İstanbul-a gəlir?


İdman 24 Dek 2018 13:48:00 349 0

Özil İstanbul-a gəlir?

Türkiyənin İstanbul Başakşehir klubu Arsenal-ın yarımmüdafiəçisi Mesut Özillə maraqlanır.

Goal.az xəbər verir ki, klubun prezidenti Göksel Humusdağ keçid üçün əllərindən gələni edəcəklərini deyib.

“Özil əla futbolçudur. Ümid edirəm ki, nə vaxtsa onu klubumuzda görəcəyik. Əgər İstanbul-a keçmək istəsə sevinərik. Keçidin baş tutması üçün hər şeyə hazırıq”, - prezident deyib. Transerə Özilin yüksək məvacibi mane ola bilər. Futbolçu Arsenal-da həftəsinə 350 min funt alır.