Mourinyo Bundesliqaya gedir?


İdman 21 Dek 2018 13:32:00 634 0

Mourinyo Bundesliqaya gedir?

Manchester United-dən istefaya göndərilən Joze Mourinyo yaxın günlərdə yeni iş yeri tapa bilər.

Goal.az Don Balon nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı Bayern Münich-in sükanı arxasına keçməyə yaxındır. Münhen klubu Niko Kovaçla yollarını ayırmağı planlaşdırır. Veteran futbolçular Frank Riberi və Aryen Robben mövsümün sonunda ayrılır. Həmçinin Tomas Müller, Xavi Martines, Cerom Boatenq və Mats Xummelsin başqa kluba gedəcəyi gözlənilir. Bu səbəbdən münhenlilər komandanı yenidən qurmağı düşünür. Həm də bu işi Joze Mourinyoya həvalə etmək nəzərdə tutulur.

Pottuqaliyalı mütəxəssis 2016-cı ildə Manchester United-ə gətirilimişdi. Bir neçə gün bundan əvvəl istefaya göndərilib. Əvvəllər Porto, Chelsea, İnterReal-da çalışıb.