Azərbaycan Kubokunda son yarımfinalçılar müəyyənləşir


İdman 20 Dek 2018 10:00:00 680 0

Azərbaycan Kubokunda son yarımfinalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, Masazırda debütant "Sabah” yarışın sonuncu finalçısı "Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında reallaşan ilk görüşdə "qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəliblər. Filip İvanoviçin avtoqolu meydan sahiblərinə qələbə qazandırıb.

Günün digər oyununda Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə”ölkə çempionu "Qarabağ”ı qonaq edəcək. Bu kollektivlərin də ilk qarşılaşmasında meydan sahibləri tək qolla qalib gəliblər. Ağdamlılar Rahil Məmmədovun dəqiq zərbəsi ilə vacib qələbə əldə ediblər.

Qeyd edək ki, bu iki cütün qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə "Zirə" və "Sumqayıt" komandaları qarşılaşacaq.

Yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab görüşləri isə mayın 1-də olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

16:00. "Sabah” – "Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev

"Əlincə Arena”

İlk oyun – 0:1

19:00. "Keşlə” – "Qarabağ”

Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov

"ASK Arena”

İlk oyun – 0:1