Klopp Liverpool-a problem yaradan klubun adını açıqladı


İdman 19 Dek 2018 13:53:00 425 0

Klopp Liverpool-a problem yaradan klubun adını açıqladı

Liverpool-un baş məşqçisi Yurqen Klopp ÇL-nin 1/8 finalında Bayer Münich-lə oyundan gözləntilərini bölüşüb. 

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu mərhələdə qarşılaşmaq istəmədiyi klubların da adını çəkib. “Etiraf edim ki, bu mərhələdə iki klubla qarşılaşmaq istəməzdim. Birincisi Borussia-dır. İstərdim ki, alman klubu ilə sonrakı mərhələdə üz-üzə gələk. İkincisi isə Juventus. Hesab edirəm ki, Juventus ÇL-nin favoritidir. Böyük təcrübəsi var. Müdafiəçilərinin yaşının çox olmasına baxmayaraq, inamlı oynayırlar. Məncə, Turin komandasını məğlub etmək çox çətin olacaq. Digər komandalar bizə problem yaratmayacaq. Bəxtimizə Bayern Münich düşdü. Bir il əvvəl qarşılaşmışıq. Gücümüzü bilirik. Fanatlarımız bu matçı həyəcanla gözləyir”,- Klopp deyib.