"Topaz": Yenə London derbisi - Bu həftə Liqa kubokunda


İdman 19 Dek 2018 11:53:00 784 0

"Topaz": Yenə London derbisi - Bu həftə Liqa kubokunda

Avropa futbolunda bu günün əsas hadisələri Almaniya Bundesliqasının oyunları, həmçinin İngiltərə və Fransada keçiriləcək kubok görüşləridir. Azərbaycanın yeganə qanuni mərc oyunlaır operatoru "Topaz" bu matçlar da daxil olmaqla proqnozsevərlərə ümumilikdə 51 qarşılaşma təklif edir. Bu oyunlardan 31-nə canlı, 14-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar.

İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinin ən maraqlı oyunu London derbisidir. "Emireyts" arenasında Arsenal əzəli rəqiblərindən Tottenhem-i qəbul edəcək. 17 gün əvvəl tərəflər Premyer Liqada qarşılaşmış və Arsenal öz meydanında 4:2 hesablı qələbə qazanmışdı. Ümumilikdə isə bu, tərəflər arasında 184-cü derbi olacaq. Bu görüşlərdən 77-də Arsenal, 57-də isə Tottenham qələbə qazanıb. Unay Emerinin komandasının 22 oyunluq məğlubiyyətsiz seriyası bir neçə gün əvvəl Southampton-la görüşdə qırıldı (2:3). Arsenal-ın qısa müddətdə ardıcıl 2-ci məğlubiyyəti alacağı inandırıcı görünməsə də, rəqibin Tottenham- kimi qol vurmağı bacaran komanda olduğu nəzərə alınmalıdır. Hərçənd statistika Tottenham-ın səfər qələbəsinə inanmamağı "məsləhət görür". Hotspurlular sonuncu dəfə Arsenal-ın meydanında 2010-cu ilin noyabrında qələbə qazanıb. Onu da nəzərə almaq lazımdır ki, İngiltərə Liqa kubokunda növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunduğundan, 90 dəqiqə ərzində qalib müəyyənləşməzsə, əlavə vaxt təyin olunacaq. Burada qalib bilinməzsə, penaltilər seriyası olacaq. "Topaz"da London derbisinə bu əmsallarla canlı və "təkli" mərc edə bilərsiz: Arsenal-ın qələbəsi 2.50, heç-heçə 3.40, Tottenham-in qələbəsi 2.45.

Almaniya Bundesliqasında bu axşam keçiriləcək 5 matçın hamısına "Topaz"da "təkli oyun" statusu verilib. Bunlardan ən tez başlayanı saat 21:30-da start fiti səslənəcək Schalke - Bayer duelidir. 15 oyuna 15 xal yığan "Şalke" bu axşam qalib gələrsə, özündən 3 pillə öndə - 11-ci sırada qərarlaşan Leverkuzen təmsilçisini keçə bilər. Son 3 turda Bundesliqada qələbə qazana bilməyən helzenkirxenlilərin bunu bacarıb-bacarmayacağını axşam biləcəyik. Hələ ki, Schalke son 5 ildə evdə Bayer-ə qalib gələ bilmir. (1 heç-heçə, 3 məğlubiyyət). Görüşün "Topaz"da əmsalları belədir: Schalke-nin qələbəsi 2.35, heç-heçə 3.10, Bayer-in qələbəsi 2.50.

Bundan başqa, Bundesliqada Bayern Munich - Leipzig (kod 588), Werder - Hoffenheim (kod 587), Fransa Liqa kubokunda Amiens - Lyon (kod 578), Marsielle - Strasburg (kod 603), Dijon - Bordeoux (kod 600), İngiltərə Liqa kubokunda isə Chelsea - Bournemouth (kod 591) görüşləri də maraqlı mübarizə vəd edir. Bu oyunların hamısına "Topaz"da "təkli" və canlı mərc etmək mümkündür. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.