Reynaldo: "Evimə gəldiyim üçün xoşbəxtəm"


İdman 19 Dek 2018 10:14:00 859 0

Reynaldo: "Evimə gəldiyim üçün xoşbəxtəm"

 "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm".

Goal.az-ın məlumatına görə, bunu 2 ildən sonra Qarabağ-a qayıdan futbolçu Reynaldo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı hücumçu Ağdam komandasının forması ilə yenidən meydana çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib:

"Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, Qarabağ ailəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və Qarabağ-la yeni uğurlar qazanmağa gəlmişəm".

Bu, Qarabağ-ın 2018-2019 mövsümünün ikinci yarısı üçün ilk transferi olub. 29 yaşlı forvardla 2,5 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə də Qarabağ-da forma geyinib. O, Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. "Sambaçı" Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub.