Keçmiş müdafiəçi od püskürdü


İdman 17 Dek 2018 14:48:00 415 0

Keçmiş müdafiəçi od püskürdü

Manchester United-in keçmiş müdafiəçisi Qari Nevill komandanı Liverpool-a məğlubiyyətə (1:3) görə tənqid edib.

Goal.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın acınacaqlı vəziyyətdə olduğunu deyib. “Manchester United-in heç bir yarımmüdafiəçisi ötürmə verə bilmir. Heç biri. Dəhşətli vəziyyətdir. Liverpool bu oyunda bütün sahələrdə üstünlüyünü qorudu. Qələbəyə can atan yeganə komanda idi. Hesab edirəm ki, Joze Mourinyo mövsümün sonunda getməlidir. Rəhbərliyin mövqeyi inandırıcı deyil. Baş məşqçiyə yeni müqavilə təklif etmək ağılsızlıq olardı. Adama elə gəlir ki, klub rəhbərliyi Mourinyo ilə nə edəcəyini bilmir. Baş məşqçi heç kimi saymır. Onun indi uzaqlaşdırılması külli miqdarda kompensasiya ödəmək deməkdir. Amma mövsümün sonunda mütləq yola salınmalıdır. Elə vəziyyət yaranıb ki, azakeşlər stadiona gəlmək istəmir. Eyni hal Devid Moyesanın və Van Qallın zamanında yaşanmışdı. Fanatlar inciyirsə, məşqçilər günahkardır. Günahkarı başqa yerdə axtarmaq lazım deyil”,- Nevill deyib.