Arsenal - Qarabağ oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO


İdman 14 Dek 2018 09:42:00 610 0

Arsenal - Qarabağ oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO

 İngiltərədə Arsenal və Qarabağ komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

Goal.az "Report"a istinadən xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, Qarabağ futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.