Qışda Qarabağ-dan ayrılacaq


İdman 12 Dek 2018 19:31:00 723 0

Qışda Qarabağ-dan ayrılacaq

Mövsümün əvvəlində Bursaspor-dan transfer olunan Con Delarjla müqaviləyə xitam veriləcək. Konqolu hücumameylli yarımmüdafiəçinin çıxışı Qurban Qurbanovu qane etmədiyindən baş məşqçinin onun komandada qalmasında maraqlı olmadığı bildirilir.

Qış fasiləsində Qarabağ-dan göndəriləcək ilk futbolçu müəyyənləşib.

28 yaşlı futbolçu özü də bu gün “futbolinfo.az” saytına açıqlamasında qış fasiləsində Qarabağ-dan ayrıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, Qarabağ Delarja görə Bursaspor-a 170 min avro təzminat ödəmişdi. Onunla 2+1 illik müqavilə imzalanıb.