Yoahim Löv: “Özil mənimlə danışmır”


İdman 10 Dek 2018 12:51:00 359 0

Yoahim Löv: “Özil mənimlə danışmır”

Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandanın keçmiş yarımmüdafiəçisi Mesut Özildən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı Özillə heç bir əlaqəsinin olmadığını bildirib. “Arsenal-ın bazasında olarkən Mesutu orada görmədim. Əlaqəmiz yoxdur. Millidən ayrılandan sonra mənimlə danışmır. Səbəbini bilmirəm. Ayrılması ilə bağlı şəxsən mənə məlumat vermədiyi üçün təəssüflənirəm. Kaş ki, hər şey başqa cür olaydı. Danışmaq istəmirsə, qoy belə olsun”,- Löv deyib.

Xatırladaq ki, Mesut Özil DÇ-2018 ərəfəsində Türkiyə prezidenti Ərdoğanla şəkil çəkdirdiyinə görə Almaniyada tənqid edilmişdi. Yarımmüdafiəçi çempionatdan sonra millidən ayrılıb.