1 oyuna çıxdı, ayın ən yaxşısı seçildi


İdman 07 Dek 2018 20:16:00 317 0

1 oyuna çıxdı, ayın ən yaxşısı seçildi

Atletico-da noyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Dieqo Qodin klubun azarkeşləri tərəfindən ötən ayın ən yaxşı futbolçusu seçilib.

Uruqvaylı müdafiəçi noyabrda yalnız bir qarşılaşmada iştirak edib. O, Athletic-lə qarşılaşdıqları matçın 90-cı dəqiqəsində qol vuraraq, komandasına qələbə qazandırıb.