Azərbaycan – Almaniya oyununun vaxtı açıqlandı


İdman 07 Dek 2018 14:53:00 237 0

Azərbaycan – Almaniya oyununun vaxtı açıqlandı

17 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin təqvimi açıqlanıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin 2019-cu ilin payızında keçirəcəyi oyunların da tarixi bəlli olub.

Yunanıstanda mübarizə aparacaq IX qrupda qüvvəsini sınayacaq yığmamız ilk turda meydan sahibləri ilə görüşəcək. Bu oyun noyabrın 13-də baş tutacaq.

Komandamız II turda Almaniya, son matçında isə Qazaxıstanla üz-üzə gələcək.

U-17-lər arasında Avropa çempionatı

Seçmə mərhələ, IX qrup

I tur, 13 noyabr

Almaniya – Qazaxıstan

Azərbaycan - Yunanıstan

II tur, 16 noyabr

Almaniya – Azərbaycan

Yunanıstan – Qazaxıstan

III tur, 19 noyabr

Yunanıstan – Almaniya

Qazaxıstan – Azərbaycan