Xorvatiya millimiz üçün ikincidir


İdman 06 Dek 2018 14:49:00 281 0

Xorvatiya millimiz üçün ikincidir

Xorvatiya millisi dünya çempionatında mükafatçılar sırasına düşdükdən sonra AVRO-nun seçmələrində Azərbaycan yığmasına rəqib olan ikinci komandadır.

Goal.az xəbər verir ki, balkanlılar AVRO-2020-də futbolçularımızı iki dəfə sınağa çəkəcək. Avropa çempionatlarına qatıldığımız əvvəlki 6 seçmə mərhələdə yalnız bir dəfə son mundialın mükafatçısı yığmamızla eyni qrupda yer alıb. Bu da AVRO-2012-nin seçmə mərhələsinə təsadüf edib. DÇ-2010-un bürünc mükafatçısı Almaniya AVRO-2012-nin seçmə oyunlarında millimizi sınağa çəkib. Yığmamız hər iki oyunda uduzsa da, meydanı qolsuz tərk etməyib. 2010-cu il sentyabrın 7-də Kölndə meydan sahibləri 6:1 hesabı ilə qalib gəlib. 2011-ci il iyunun 7-də Bakıdakı görüşdə də Bundestim qələbə qazanıb. Millimiz evdə böyükhesablı məğlubiyyətdən qaça bilib. 

Qeyd edək ki, millimiz DÇ-lərin seçmə mərhələlərində də son mükafatçı, hətta çempionlar görüşüb. Lakin bu triumfdan dərhal sonra deyil, digər böyük turnir AVRO-nun final mərhələsindən sonra gerçəkləşib. (matc.az)