125 ilin ən yaxşı nəticəsi


İdman 05 Dek 2018 15:57:00 263 0

125 ilin ən yaxşı nəticəsi

Manchester City İngiltərə çempionatında son 125 ilin ən yaxşı nəticəsinə imza atıb.

Goal.az xəbər verir ki, Watford-a 2:1 hesabı ilə qalib gələn Pep Qvardiolanın yetirmələri ilk 15 görüşdə fantastik top fərqinə nail olub.

45 qol vuran və yalnız 7-ni buraxan MC-nin top fərqi “+38”dir. Startdakı 15 oyunda bundan yaxşı nəticəyə sonuncu dəfə 1892/93 mövsümündə qeydə alınıb. Həmin vaxt Sunderland-in top fərqi “+39” olub.