Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılır


İdman 03 Dek 2018 14:00:00 263 0

Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılır

Goal.az-ın məlumatına görə, İrlandiyanın paytaxtı Dublində təşkil ediləcək mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Bu gün Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma mərasimi keçiriləcək.

Portuqaliya, Hollandiya, İngiltərə və İsveçrənin iştirak edəcəyi püşkdə yarımfinal cütləri müəyyənləşəcək.

Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Dördlər finalı”nın yarımfinalları 2019-cu il iyunun 5-6-da, final və 3-cülük görüşü isə iyunun 9-da olacaq.