ABŞ millisində yeni məşqçi


İdman 03 Dek 2018 10:27:00 293 0

ABŞ millisində yeni məşqçi

ABŞ millisinin yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Qreqq Berhalter ABŞ milli komandasına rəhbərlik edəcək. Yeni baş məşqçinin dekabrın 4-də Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı gözlənilir. 45 yaşlı mütəxəssis 2019-cu ilin yanvarında öz işinə başlayacaq.

Berhalterin ABŞ Futbol Federasiyası ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxartmaqdır.