Qarabağ Sporting-lə qarşılaşır


İdman 29 Noy 2018 10:34:00 265 0

Qarabağ Sporting-lə qarşılaşır

Qarabağ UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi V turunda Sporting-i qəbul edəcək.  Lissabonda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşma “Qarabağ” üçün “tamam, ya davam” xarakteri daşıyır. Ağdamlılar pley-offa yüksəlmək baxımından nəzəri şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidirlər. Qonaqlar bunu bacaracaqları təqdirdə, paralel keçiriləcək Vorskla – Arsenal qarşılaşması formal xarakter daşıyacaq. Çünki Sporting 3 xal qazanmaqla, “topçular” kimi qrupdan çıxmağı rəsmiləşdirəcək. Qonaqlar heç-heçə sayəsində də tapşırığın öhdəsindən gələ bilər. Bunun üçün Ukraynada meydan sahibləri qalib gəlməməlidir.

Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.