Tomas Tuxel: “Alman mütəxəssis komandanı əsil maşına çevirib”


İdman 28 Noy 2018 14:30:00 305 0

Tomas Tuxel: “Alman mütəxəssis komandanı əsil maşına çevirib”

PSG-nin baş məşqçisi Tomas Tuxel ÇL-nin 5-ci turunda Liverpool-la keçiriləcək oyundan gözləntilərini bildirib.

Goal.az xəbər verir ki, çalışdırıcı çətin matç olacağını deyib.

“Liverpool-un nəticələrinə təccüblənmirəm. Klopp əla komanda yaradıb. Alman mütəxəssis komandanı əsil maşına çevirib. Gözəl məşqçidir. Son 3 ildə qazandığı nailiyyətlər çox şey deyir. Cəmi bir aparıcı futbolçusunu itirib. Koutinyonu nəzərdə tuturam. Sonradan əla futbolçular əldə edib. Onun “maşını” bütün matçlara uğur qazanmaq üçün çıxır və bunu bacarır. Çətin oyun olacaq. Amma PSG hər şeyi öz xeyrinə həll etməyi bacaran klubdur. Qalib gəlməyə çalışacağıq”, - Tuxel deyib.